Energetika

“Azəriqaz”: Son 3 ildə ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb

Movavi

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Regionlarının sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nəaliyyətlər əldə olunub.

Bunu “QİA.az”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət tapşırığına uyğun olaraq Respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin surətli qazlaşdırılması işləri aparılıb: “Belə ki, son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb. Bununla yanaşı, həmin dövrdə Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan artıq yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hla-hazırda 2 milyon 300 mini ötüb”.

T. Cəfərov bildirib ki, yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib: “Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşma səviyyəsi və qazlaşma surəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdıırlması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 min kilometrdən artıq qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub”.

O qeyd edib ki, müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “ASAN Xidmət” və ASAN kommunal” Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır”.

“Azəriqaz” rəsmisi bildirib ki, əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 kefiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir: “Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir”.

O həmçinin vurğulayıb ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlşadırılması işləri geniş vüsət alıb: “Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyin artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”.

Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button