Dünya

“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb

728x90

2021-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC dünyanın 41 ölkəsinə 39 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

QİA.AZ bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən məlumat verir.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin oktyabr ayında “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 45,1 milyon dollar dəyərində xidmət ixrac edib.

728x90

Əlaqəli xəbər

Back to top button