ManşetGündəm

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Movavi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan “QİA.az”a verilən məlumata görə, mayın 31-dən iyunun 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 224, tank əleyhinə 36 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 590 892 m² (159 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button