Azad olunan ərazilərimizdə bərpa-quruculuq işlərinə şahidlik etmək zövq verir – Polad Bülbüloğlu

Noy24,2021

Azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə şahidlik etmək zövqvericidir.

QİA.AZ“ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, azad olunan ərazilərdə bərpa-quruculuq işləri çox sürətlə gedir:

“Hətta Moskvada mənə sual verilir ki, necə ola bilər ki, Füzuli Beynəlxalq Aeroportu cəmi 8 aya tikilib? Bu doğrudan da bir möcüzədir.

Gözümün qarşısında dağların ətəyindən yol salındı. Biri var bütün bunları haradasa oxuyasan, görəsən, biri də var öz gözlərinlə canlı şahidi olasan. Həqiqətən bütün bunlar insana zövq verir. Ona görə ki, ölkəmiz, xalqımız, Prezidentimiz çox uğurlu işlər görür. Xoşbəxt insanam ki, bunların hamısını gördüm”,- P.Bülbüloğlu deyib.

Oxşar Xəbərlər