Sənaye

“AzerGold” 5 ildə ölkə iqtisadiyyatına 640 mln manatadək vəsait cəlb edib

Movavi

“AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib.

QİA.AZın məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 %-i həcmində vəsait ayırılıb.

Z. İbrahimov bildirib ki, bu 5 ildə dövlət büdcəsinə 55,5 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button