Cəmiyyət

“Azİz”in nümayəndə heyəti Tbilisidə səfərdə olub

Movavi

İsraildə fəaliyyət göstərən “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi Tbilisi şəhərinə səfər edib.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirlər zamanı “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşları ilə birlikdə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin, Azərbaycan Demokratik Respublikasının qurucuları Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin abidələrini ziyarət ediblər.

L.Spivak bildirib ki, bu, çox rəmzi məna daşıyır, çünki 28 may 1918-ci il tarixində ADR-in yaradılması məhz Tbilisi şəhərindən elan edilib. “Bu gün həyatımın ən yaxşı günlərindən biridir”, – deyə o, əlavə edib.
“Azİz” rəhbərliyi M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib, Marneuli rayonunda Azərbaycan və Gürcüstanın Respublika günlərinə həsr edilmiş kikboksinq turnirində iştirak edib. Tədbirə yerli bələdiyyənin sədri, şəhər şurasının üzvləri və Gürcüstan parlamentinin üzvləri qatılıblar. Qaliblərin mükafatlandırma mərasimindən sonra Azərbaycan və Gürcüstan sənətçilərinin iştirakı ilə konsert keçirilib.
“Azİz” rəhbərliyi Azərbaycanın Gürcüstandakı səfirliyinin Respublika günü münasibətilə təşkil etdiyi tədbirləri yüksək qiymətləndirib və səfərin təşkilinə görə minnətdarlığını bildirib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button