Energetika

BƏƏ OPEC+ razılaşmasına qarşı çıxıb

Movavi

OPEC+ formatı çərçivəsində hasilatı 2022-ci ilin sonunadək artırmaqla bağlı razılaşmaya Birləşmiş Ərəb Əmirlikləri qarşı çıxıb.

QİA.AZ “Reuters”ə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə, dünən OPEC+ çərçivəsində keçirilən tədbirlər zamanı 2021-ci ilin sonunadək gündəlik hasilatı 2 milyon barel artırmaq və hasilatın ixtisar olunması siyasətini 2022-ci ilin aprel ayından dekabr ayınadək uzatmaq barədə müvafiq qərarlar BƏƏ tərəfinin mövqeyi səbəbilə baş tutmayıb.

Belə ki, BƏƏ nümayəndələri hasilatın artmasına qarşı çıxmasa da, onlara daha yüksək kvota verilməsini istəyiblər. Onlar BƏƏ-nin hasilat həcmini 3.168 milyon bareldən 3.8 milyon barelədək artırılmasını istəyirlər. BƏƏ hasilatı artırmaq üçün artıq külli miqdarda vəsait yatırıb.

Xatırladaq ki, ötən il pandemiyanın səbəb olduğu tələbat azalması ilə bağlı OPEC+ formatı çərçivəsində hasilatı may ayından 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaltmaq və sonrakı dövrdə 2022-ci ilin aprel ayınadək həmin ixtisarı mərhələli şəkildə azaltmaq barədə razılaşma əldə edilmişdi.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button