Siyasət

Bəhreyn Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Movavi

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“QİA.az” xəbər verir ki, təbrik mətnində deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Bəhreyn Krallığının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button