Siyasət

Bəkir Şahin və Kamran Əliyev “Qarabağ Zəfəri” şeir yarışmasının mükafatlandırma mərasimində

Movavi

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

“QİA.az” xəbər verir ki, səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Bəkir Şahin səfəri zamanı hər iki ölkənin rəsmi şəxslərinin iştirak etdiyi “Qarabağ Zəfəri” şeir yarışmasının mükafatlandırma mərasimində də olub.

Türkiyənin Azərbaycandakı Səfirliyi və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş yarışmanın qaliblərinə hədiyyələr təqdim olunub, onlarla xatirə şəkli çəkdirilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button