Cəmiyyət

Bəxtiyar Əsgərov Belçika səfiri ilə görüşüb

Movavi

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Bert Schoofsla onun fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə Alternativ Enerji resurslarının və qurulmuş digər iqtisadi əlaqələrin genişləndirilməsi, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-logistika imkanları, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr, rəsmi səfərlər və başqa maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Bəxtiyar Əsgərov səfir Bert Schoofsu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası adından təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button