Gündəm

Bəxtiyar Əsgərov Tekstilin Gələcəyi-Dayanıqlı Moda adlı Sərgidə iştirak edib

Movavi

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Kristian Kamillin dəvətilə, adıçəkilən səfirlik, “Azərxalça” ASC və Daş Salnamə Muzeyinin birgə təşkilatçılığı ilə İsveç İnstitutu tərəfindən Ümumdünya Ətraf Mühit Günü münasibətilə hazırlanmış Tekstilin Gələcəyi-Dayanıqlı Moda adlı Sərgidə iştirak edib.

Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.

Sərgi moda sənayesinin problemlərini işıqlandıraraq,daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən təşəbbüsləri nümayiş etdirir. Eyni zamanda sərgidə İsveç və Azərbaycanın moda-tekstil səhnəsində konseptual bədii-kurator təcrübələri və yeni yaradılmış Azərbaycan xalçalarının rəqəmsal dizayn nümunələri təqdim olunur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button