Bakı Dairəvi yol Lökbatan istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə QİA.AZ-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, minik avtomobili dərəyə aşıb. Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.