Elm və Təhsil

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “QİA.AZ”a verilən məlumata görə, həmin məktəbin 12 müəllim və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: “Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub”.

Əlaqəli xəbər

Back to top button