Hadisə

Bakıda evlərdən 18 min manatlıq oğurluq olub

Movavi

Bakıda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə “QİA.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 2 640 manat pul və 15 440 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button