İdman

Bakıda medal qazanmış güləşçi dopinqə görə cəzalanıb

Movavi

Estoniyanın Tokio Yay Olimpiya Oyunlarında medal ümidi sayılan yunan-Roma güləşçisi Heyki Nəbi 2 il müddətinə diskvalifikasiya olunub.

“QİA.az”ın məlumatına görə, 130 kq çəki dərəcəsində yer alan 36 yaşlı pəhləvanın orqanizmindən istifadəsi qadağan edilmiş letrozol preparatı aşkarlanıb. Bu maddə əzələ kütləsinin böyüməsini stimullaşdırmaq üçündür.

Qeyd edək ki, Heyki Nəbi 2 qat dünya çempionu, London-2012 Yay Olimpiya Oyunlarının gümüş, Bakı-2015 I Avropa Oyunlarının bürünc medalçısıdır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button