Bakıda partlayış baş verən binadakı yanğın söndürülüb – RƏSMİ

İyn21,2021

Bakıda yanğınla nəticələnən partlayış baş verən mənzilin söndürülməsi işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva mətbuata bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib: “Artıq binada yanğın söndürülüb”.

Xatırladaq ki, paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Oxşar Xəbərlər