Qarabağ

Baş Prokurorluqda Vətən müharibəsinə həsr edilən tarixi-memorial qalereya yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin inzibati binasında yaradılan və 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya ilə tanış olub.

“QİA.AZ” xəbər verir ki, qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb.

Qeyd edək ki, fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

Əlaqəli xəbər

Back to top button