İdman

“Bavariya “Barselona”nın rekordunu təkrarladı

Almaniyanın “Bavariya” klubu İspaniya “Barselona”sının rekordunu təkrarlayıb.

“QİA.AZ”ın məlumatına görə, Münhen təmsilçisi buna klublararası dünya çempionatının finalında Meksika “Tiqres”ini məğlub etməklə nail olub.

Hans Diter-Flikin baş məşqçi olduğu komanda bir il ərzində mümkün 6 titulun hamısını qazanıb. Son olaraq, bu nəticəni 2009-cu ildə “Barselona” göstərib.

Qeyd edək ki, qarşılaşma “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki yeganə qolu 61-ci dəqiqədə Benjamin Pavar vurub.

Münhen təmsilçisi 2019/2020 mövsümündə Almaniya Bundesliqasının, ölkə kubokunun və Çempionlar Liqasının qalibi olub. “Bavariya” 2020-ci ildə UEFA Super Kubokuna və Almaniya Super Kubokuna da yiyələnib.

Əlaqəli xəbər

Back to top button