“Beşiktaş” yenə xal itirdi

Apr20,2021

Futbol üzrə Türkiyə Super Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

QİA.AZ-ın məlumatına görə, çempionatın lideri “Beşiktaş” səfərdə “Sivasspor”la qarşılaşıb.

İstanbul klubu ötən tur olduğu kimi yenə xal itirib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran qonaqlar zirvədəki yerini qoruyub. Sivas təmsilçisi isə 51 xalla səkkizincidir.

Qeyd edək ki, hazırda “Beşiktaş”ı 69 xalla “Fənərbağça” və 65 xalla “Qalatasaray” izləyir.

Oxşar Xəbərlər