Dünya

Birləşmiş Ştatların şərqində ilk seçki məntəqələri bağlandı

728x90

ABŞ-ın şərqindəki seçki məntəqələrində səsvermələr Bakı vaxtı ilə saat 3:00-da başa çatıb.

Bu barədə “QİA.AZ” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, İndiana və Kentukkidəki seçki məntəqələri işlərini başa çatdırıb.

Bakı vaxtı ilə saat 4:00-da daha yeddi ştatda, səsvermələrin nəticəsi üçün əhəmiyyətli olan Florida və Corciya da daxil olmaqla, Virciniya, Cənub Karolina, Vermont və digər yerlərdə seçki məntəqələri eyni vaxtda bağlanacaq. Bakı vaxtı ilə saat 4:30-da Ohayoda, Şimal Karolinada və Qərb Virciniyada seçki məntəqələri işini başa vuracaq. Bundan yarım saat sonra isə 15 ştat və Kolumbiya dairəsində səsvermələr eyni vaxtda başa çatacaq.

728x90

Əlaqəli xəbər

Back to top button