Dünya

Bişkekdə Türk Şurasının İnvestisiya Fondunun yaradılması məsələsi müzakirə olunub

Qırğızıstan Prezidenti Sadır Japarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevi qəbul edib.

Bağdad Amreyev TDƏŞ-in qarşıdan gələn Zirvə Görüşünə hazırlıq məsələləri haqqında Prezidentə ətraflı məlumat verib, müzakirə ediləcək məsələlərdən söhbət açıb.

Sadır Japarov Türk Şurasının üzvü olan ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsində və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsində bu beynəlxalq təşkilatın böyük rolu olduğunu bildirib.

Dövlət başçısı deyib ki, Qırğızıstan TDƏŞ-də təmsil olunmasına böyük əhəmiyyət verir.

S.Japarov qarşıdan gələn Zirvə Görüşünün Türk Şurasının möhkəmləndirilməsi və inkişafı istiqamətində yaxşı imkan olduğunu vurğulayıb.

Görüşdə TDƏŞ-in Bişkekdə İnvestisiya Fondunun yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.

Əlaqəli xəbər

Back to top button