Hadisə

Boğulma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilib, 1 nəfər ölüb

Movavi

Azərbaycan Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən “QİA.az”a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 115 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib. Həmçinin, Şüvəlan qəsəbəsində dənizdə qeyri-çimərlik ərazidə batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button