Britaniya məhkəməsi “WikiLeaks”in yaradıcısının ABŞ-a ekstradisiyasına icazə verib

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanjın ABŞ-a ekstradisiyasına icazə verib.

QİA.AZ“ın xəbərinə görə, bu barədə məhkəmə qərar qəbul edib.

C.Assanjı müdafiə edən vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, bu ilin yanvar ayında London Məhkəməsi “WikiLeaks”in təsisçisinin ABŞ-a ekstradisiyasına icazə verməmişdi. Buna səbəb isə ABŞ həbsxanasındakı saxlanma şəraitinin C.Assanjın intiharına səbəb ola biləcəyi ehtimalı idi. ABŞ isə bu qərardan Londondakı Məhkəməyə apellasiya şikayəti vermişdi.

Oxşar Xəbərlər