GündəmHava

Bu gecə Bakıda -9 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq: “Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq”.

Xidmət rəisi onu da xatırladıb ki, 2012-ci ilin qışında qeydə alınan mənfi 11 dərəcəlik şaxta ilə 1969-cu ilin rekordu təzələnmişdi: “Belə ki, 2012-ci ildə 14 gün ərzində havanın temperaturu 0 dərəcədən aşağı olub və şaxtalı keçib”.

Əlaqəli xəbər

Back to top button