Siyasət

Cəbi Quliyev gənclərlə bağlı təklif verdi

Bugün Biz tariximizin ən böyük həcmli büdcəsinin müzakirəsini aparırıq. Bu büdcəni Azərbaycanın iqtisadi gücünü, iqtisadi potensialını, gələcək üçün atılacaq addımların sübutu kimi qiymətləndirə bilərik. Qeyd etməliyəm ki, büdcə zərfinin hazırlanması zamanı Maliyyə nazirliyinin böyük əməyini yüksək qiymətləndirirəm və eyni zamanda Hesablama palatasının mükəmməl hazırlanmış rəyi ilə tanış olmuşam. Hər bir təşkilata səmimi təşəkkürümü çatdırıram.

Bunu deputat Cəbi Quliyev parlamentdə büdcə müzakirələri zamanı deyib

Biz bu büdcədə böyük ağırlığın sosial xərclərlə bağlı olduğunu görürük. Sosial layihələrə ayrılan vəsaitin hər il artım tempində olması sevindirici haldır. Bildiyiniz kimi ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Büdcədə də gənclərlə bağlı diqqət çəkən bir neçə məqamlar var. Əvvəlki dövrlərdə də gənclərimizin təhsil imkanlarının genişləndirilməsi, təhsilin əhalinin bütün təbəqələri üçün əlçatanlığının təmin edilməsi istiqamətində bir çox işlər görülüb və bugündə görülməkdədir. Təhsil xərclərinin qarşılanması, gənclər üçün müxtəlif təqaüdlərin verilməsi üçün müxtəlif zamanlarda bir çox dövlət proqramları və layihələr icra edilmişdir. Ötən illərdə Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən aztəminatlı ailələrdən olan istedadlı tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı keçirilən müsabiqədə 1200-dən artıq tələbə gəncin ödənişinin ödənməsini nümunə kimi göstərə bilərəm. Bu ilin büdcəsində 22 milyon manat vəsaitin növbəti ildə tələbə krediti kimi ayrılması nəzərdə tutulmuşduir. Bu vəasitin ayrılmasını yüksək qiymətləndirir və inanıramki bu vəsait minlərlə gəncimizin təhsil almaq imkanlarını genişləndiriləcək.

Mən çıxışımda tələbə gənclərimizi ən çox narahat edən başqa bir məqamdan danışmaq istəyirəm. Ölkəmizdə ötən ilin statistik rəqəmlərinə baxdığımız zaman 40 dövlət 12 qeyri dövlət ali təhsil müəssəsində 198700, 61 orta ixtisas təhsili müəssəsində 60000 tələbə gəncimiz təhsil alır. Bu tələbə gənclərin böyük əksəriyyəti öz yaşayış yerindən kənarda təhsil alırlar. Tələbə gənclərimizin bugün üzləşdiyi ən böyük problem onların mənzil şəraitinin, yataqxana probleminin həlli ilə bağlı məsələdir. Bugün ölkədə yataqxana təsərrüfatının hardasa heç bir mövcud standarı yoxdur və minlərlə gəncimiz bu problemə görə ciddi əziyyət çəkir. Düşünürəm ki, bu məsələnin həlli qarşıda duran əsas istiqamətlərdən biri olmalı, minlərlə tələbə gəncimizin yaşayış standartlarını yaxşılaşdırmaq, onların elm və təhsillə bağını gücləndirmək üçün dövlət büdcəsindən bu istiqamətdə hər hansı formada vəsaitin ayrılması əsas prioritetlərdən olmalıdır.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button