Hadisə

Cəlilabadda 3 uşaq su anbarında batıb

Movavi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən QİA.AZ-a verilən məlumata görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri – Yaqubov Həsən Rizvan oğlunun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button