Futbol

Canni De Byazi: “Gördüyümüz iş öz sözünü deyəcək”

“Bizim üçün yaxşı sınaq oldu. Fiziki baxımdan füclü komandaya qarşı oynadıq. Uzun müddətdir birlikdə oynayırlar və bu sistem üzərində işləyirlər. Nəticə fərqli ola və qələbə qazana bilərdik”.

QİA.AZ“ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

65 yaşlı mütəxəssis bildirib ki, görüşün sonlarında hesabı öz xeyirlərinə dəyişmək üçün şansları olub: “Son dəqiqələrdə qol buraxdıq. Amma ondan sonra da önə keçmək üçün şansımız oldu. Birinci hissədə yaxşı oynadıq. İkinci yarıda isə bərabərlik qolunadək əla çıxış etdik”.

İtaliyalı baş məşqçi bəlkə də sonuncu dəfə mətbuat konfransında iştirak edəcəyini sözlərinə əlavə edib: “Əgər tək nəticələrə baxsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürsək, komandanın oyununda inkişaf görsənir. Mən daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik”.

De Byazinin fikrincə, Azərbaycan millisində gördüyü iş gələcəkdə ölkə futbolu üçün öz sözünü deyəcək.

Əlaqəli xəbər

Back to top button