Futbol

Çempionlar Liqası: “Araz Naxçıvan”ın rəqibləri bəlli olur

Movavi

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılacaq.

QİA.AZ“ın məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan təmsilçisi “Araz Naxçıvan” 5-ci səbətdə yer alsa da, öz qrupunun birinci komandası olacaq. Bu isə o deməkdir ki, ölkə çempionu bu mərhələdə “Luxol St. Andreus” (Malta), “Vaylimdorf” (Almaniya), APOEL (Kipr), “Gentofte” (Danimarka), “Haladaş VSE” (Macarıstan), “Mineva” (İsveçrə) və KMF FON (Serbiya) komandaları ilə qarşılaşmayacaq. Çünki həmin klublar da öz qruplarında birinci mövqedə qərarlaşacaqlar.

1-ci səbət: Ev sahibi komandalar

“Vaylimdorf” (Almaniya, 1-ci mövqe)
“Mineva” (İsveçrə, 1-ci mövqe)
“Proyekt” (Şimali Makedoniya, 2)
“Doukas” (Yunanıstan, 2)
“SMS Viimsi” (Estoniya, 2)
“Raba” (Latviya, 3)
“KF Tirana” (Albaniya, 3)
“Titoqrad” (Monteneqro, 4)

2-ci səbət: 4-cü mövqe

“Utleyra İdrettslaq” (Norveç)
“Tavşançalı” (Türkiyə)
“Cefn Druids” (Uels)
“Europa” (Cəbəllüratiq)
“Sparta Belfast” (Şimali İrlandiya)
“Fiorentino” (San Marino)
“Enkamp” (Andorra)

3-cü səbət: 3-cü mövqe

“Hammarbü” (İsveç)
“London Helvesia” (İngiltərə)
“Varna Citi” (Bolqarıstan)
“Diamant Lints” (Avstriya)
“Blü Magik FC Dublin” (İrlandiya)

“Dolfins Aşdod” (İsrail)

4-cü səbət: 2-ci mövqe

“Kampuksen Dinamo” (Finlandiya)
“Ligeni” (Kosovo)
MFC CIU (Gürcüstan)
“Differdanj” (Lüksemburq)
“Dinamo Plus” (Moldova)

5-ci səbət: 1-ci mövqe
“Luxol St. Andreus Futsal” (Malta)
“Araz Naxçıvan” (Azərbaycan)
APOEL (Kipr)
“JB Futsal Gentofte” (Danimarka)
“Haladaş VSE” (Macarıstan)
KMF FON (Serbiya)

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edəcək. Avqustun 20-dən 25-dək keçiriləcək oyunlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. “Araz Naxçıvan” də rəqibləri ilə bu ölkələrdən birində qarşılaşacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button