Futbol

Çempionlar Liqası: Bu gün daha 9 oyun keçiriləcək

Movavi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçiriləcək.

QİA.AZ“ın məlumatına görə, bununla da bu raundda ilk matçlara yekun vurulacaq.

Günün ilk iki qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Neftçi” Gürcüstanda Tbilisi “Dinamo”sunun, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı isə Norveçdə “Bude Qlimt” klubunun qonağı olacaq. Yoxlama oyunlarında vurduğu 6 qolla komandasının ən məhsuldar oyunçusu olan Emrelinin bugünkü görüşə start heyətində başlayacağı gözlənilir.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan)

20:00. “Bude Qlimt” (Norveç) – “Legiya” (Polşa)

21:00. “Slovan” (Bratislava, Slovakiya) – “Şemrok Rovers” (İrlandiya)

21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Valür” (İslandiya)

21:00. “Lüdoqorets” (Bolqarıstan) – “Şaxtyor” (Soliqorsk, Belarus)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan)

21:00. “Teuta” (Albaniya) – “Şerif” (Moldova)

21:00. “Malmö” (İsveç) – “Riqa” (Latviya)

22:00. “Konnas-Ki Nomads” (Uels) – “Alaşkert” (Ermənistan)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 – 14 iyulda olacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button