Gündəmİdman

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“QİA.AZ”ın məlumatına görə, bu ada İngiltərə “Çelsi”sindən Olivye Jiru, Almaniya “Bavariya”sında Robert Levandovski, İspaniya “Real Madrid”indən Ferlan Mendi və İngiltərə “Mançester Siti”sindən Joau Kanselu iddia edir.

Jiru İspaniyada “Atletiko”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda, Levandovski İtaliyada “Latsio”nu 4:1 məğlub etdikləri görüşdə fərqlənib. Mendi isə İtaliyada “Atalanta”nı yendikləri görüşdə yeganə qolun müəllifi olub.

Kanselu Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasına qarşı 2:0 hesablı qələbə qazandıqları qarşılaşmada 95 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Əlaqəli xəbər

Back to top button