Siyasət

Ceyhun Bayramov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı ilə telefonla danışıb

24 fevral 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-in Mətbuat xidməti idarəsindən QİA.AZ-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

Əlaqəli xəbər

Back to top button