Siyasət

Ceyhun Bayramov rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb

Movavi

5 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb.

Xarici İşlər Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərəcək diplomatları təyinatları münasibətilə təbrik edib. Nazir, ölkəmiz üçün tarixi bir dönəmdə həyata keçən bu təyinatın, ölkəmizin beynəlxalq müstəvidə layiqli şəkildə təmsilçiliyi baxımından hər bir diplomatın üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib və bu xüsusda, diplomatlarımızın hərtərəfli hazırlığının vacib olduğunu vurğulayıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar, ölkəmizin xarici siyasətinin bu reallıqlara uyğun olaraq həyata keçirilməsi, Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin olunması, diplomatların təmsilçiliyin vəzifələri və digər mövzular barədə diplomatlara ətraflı məlumat verib.

Diplomatlarla geniş fikir mübadiləsi aparan nazir, onların suallarını cavablandırıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button