Ceyhun Bayramov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

İyl27,2021

27 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən QİA.AZ-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar Xəbərlər