Çin bu il dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək

Avq5,2021

Çin 2021-ci il ərzində dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək.

QİA.AZ-ın məlumatına görə, bunu Çinin dövlət başçısı Si Cinpin Koronavirus əleyhinə vaksinlər sahəsində əməkdaşlıq beynəlxalq forumunda deyib.

O bildirib ki, Çin pandemiya ilə qlobal mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrə yardımlarını davam etdirəcək.

Bundan başqa, qeyd olunub ki, Çin vaksinlərin paylanması üzrə COVAX qlobal mexanizminə 100 milyon dollar vəsait ayıracaq.

Oxşar Xəbərlər