Dünya

COVID-19 virusundan ölən 6 nəfərin meyiti Qanq çayından çıxarılıb

Movavi

Qanq çayının Hindistanın Uttar-Pradeş ştatının ərazisindən keçən hissəsində 6 nəfərin meyiti çıxarılıb.

“QİA.az” “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə “India TV” telekanalı xəbər yayıb.

“Çaydan hissələrə ayrılmış 6 meyit çıxarılıb. Həkim komandası koronavirusa yoluxmuş şəxslərin cəsədləri ilə rəftar prinsiplərinə uyğun olaraq krematoriyada son ayinləri yerinə yetirib”, – yerli məmur Pramod Ca telekanala bildirib.

O deyib ki, cəsədlər tanınmaz hala gəldiyindən onların kimlərə aid olduğunu müəyyən etmək mümkün olmayıb.

Xatırladaq ki, may ayında Uttar-Pradeş və Bihar ştatlarının rəsmiləri Qanq çayında 100-dən çox insanın cansız bədəninin aşkar edildiyini bildiriblər. Cəsədlərin koronavirus infeksiyasından ölmüş şəxslərə aid olduğu güman edilir. Ştat polisi hadisənin araşdırılmasına başlayıb. Yerli əhali hesab edir ki, cəsədlərin Qanq çayına atılması bütün Hindistanda COVID-19-a yoluxma hallarının rekord göstəriciləri fonunda kremasiya qiymətinin yüksək olması və ya özbaşına dəfn tonqallarının qalanması ilə bağlıdır.

Hindistan hakimiyyəti cəsədlərin Qanq çayına atılmasını dərhal dayandırmağı tələb edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button