COVID-19 zamanı iybilmənin itməsi beynin pozulması ilə izah olunub

İyn21,2021

Koronavirus infeksiyasına yoluxma zamanı iybilmə qabiliyyətinin itməsi beynin boz maddəsinin azalması səbəbindən baş verir.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin alimləri bildiriblər.

Onların araşdırmaları “medRxiv” preprint portalında dərc olunub.

Müəlliflər 2020-ci ilin oktyabrından 2021-ci ilin yanvarına qədər COVID-19-a yoluxmuş və həm xəstəlikdən əvvəl, həm də sonra beyin MRT-sindən keçmiş 394 nəfərin anket məlumatlarını araşdırıblar. Daha sonra bu məlumatları cins, yaş, milliyyət, bədən kütlə indeksi və qan təzyiqi göstəriciləri kimi amillər nəzərə alınaraq, koronavirus keçirməmiş 388 nəfərlik nəzarət qrupunun nəticələri ilə müqayisə ediblər.

“COVID xəstələrində beyin qabığının limbik bölgələrində birincil qoxu və dad sistemləri ilə birbaşa əlaqəli olan boz maddə itkisi aşkarladıq. Sağlam olan tədqiqat iştirakçılarında isə heç bir dəyişiklik yox idi”, – alimlər bildiriblər.

Əldə olunan nəticələri yoxlamaq üçün mütəxəssislər COVID-19 xəstələrinin evdə müalicə alanı ilə xəstəxanaya yerləşdirilənləri haqqındakı məlumatları müqayisə ediblər. Ciddi heç bir fərq tapılmayıb. Üstəlik, xəstəxanalarda yatanların singular korteksində, amiqdalanın mərkəzi nüvəsində və hipokampusun bəzi hissələrində boz maddə itkisi daha çox olub. Bu sahələrin hamısı yaddaş və duyğuların formalaşması ilə əlaqəlidir.

Alimlər koronavirus keçirən insanlara vaxtında müayinələrdən keçməyi unutmamağı tövsiyə ediblər, çünki yüngül formada olsa da, bu infeksiya beyin zədələnməsinə səbəb ola bilər.

Oxşar Xəbərlər