Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək

Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turniri azarkeşlərin iştirakı ilə keçiriləcək.

QİA.AZ-ın məlumatına görə, bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görülməklə, zala ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.

Qeyd edək ki, 5-7 mayda təşkil olunacaq Böyük Dəbilqədə Azərbaycan cüdoçuları da qüvvəsini sınayacaq.

Oxşar Xəbərlər