Sosial

Daha 9 nəfərin əlilliyi əsassız çıxıb

Movavi

Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş daha 21 şəxsin komissiya tərəfindən əyani müayinəsi aparılıb.

“QİA.az” xəbər verir ki, müayinələr zamanı 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni və “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli iştirak ediblər.

Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Daha 9 nəfərin əlilliyi əsassız çıxıb
Daha 9 nəfərin əlilliyi əsassız çıxıb
Daha 9 nəfərin əlilliyi əsassız çıxıb
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button