Futbol

“Dinamo”dan açıqlama: “Neftçi” ilə oyunda stadionun 40 %-i dolacaq

Movavi

Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” və “Neftçi” komandaları arasında iyulun 7-də keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Dinamo Arena”nın təxminən 40%-i azarkeşlərlə dolacaq.

Bu barədə QİA.AZ”un Gürcüstan bürosuna paytaxt təmsilçisinin Media meneceri İrakli Buxali məlumat verib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bütün azarkeşlərdən qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq.

İ.Buxali bildirib ki, hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq: “Bu, UEFA-nın müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər buraxılacaqlar”.

Qarşılaşmaya biletlər bu gün saat 12:00-dan etibarən www.tkt.ge və www.biletebi.ge saytlarında satışa çıxarılıb. Biletləri sabah saat 15:00-dan stadionun kassalarından da əldə etmək mümkün olacaq. Qiymət 5 – 20 lari (2,70 manatdan 10,8 manatadək) arasında dəyişir.

Qeyd edək ki, Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button