Elm və Təhsil

Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap edib

“Məntiqi təfəkkürü yoxlayan testlər” vəsaiti ali təhsilin magistratura səviyyəsinə və vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar üçün tərtib edilmişdir.

Dövlət İmtahan Mərkəzindən “QİA.AZ“-a verilən məlumata görə, vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanmışdır. Vəsaitdə test tapşırıqları üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı və məntiqi-riyazi bölmələr. 

Vəsaitin sonunda hər birində 50 tapşırıq olmaqla iki variant ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələri və kitabdakı bütün tapşırıqların izahlı cavabları təqdim olunub.

Kitabı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri:

– Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.  (DİM-in binası); 

– Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası). 

DİM-in mətbuat xidməti

Tеl: (+99 412) 502-47-53 (dax. – 142)

E-mail: [email protected]; http://dim.gov.az

Əlaqəli xəbər

Back to top button