Sosial Mudafiə

Dövlət Komitəsi: “Bu il 522 nəfər İsmayıllıdakı mərkəzin fəaliyyətindən bəhrələnib”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı şəhərinə mediatur təşkil edilib.

QİA.AZ” xəbər verir ki, mediaturda Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Komitənin regional mərkəzlərlə iş şöbəsinin müdiri Elşad Kərimov, Aparat rəhbəri Ceyran Rəhmətullayeva və media nümayəndələri iştirak edirlər.

A.Sofiyeva jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir: “Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir”.

Sədr müavini qeyd edib ki, mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var: “Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb. 2021-ci ilin 9 ayı ərzində 522 nəfər mərkəzin fəaliyyətindən bəhrələnib”.

Aparat rəhbəri C.Rəhmətullayeva vurğulayıb ki, mərkəzdə ümumilikdə 7 işçi var: “Mərkəzlər icma əsaslı olmaqla, ehtiyacı olan ailələri aşkarlayaraq, onların psixososial qiymətləndirilməsini həyata keçirir və keys menencment metodu əsasında onların problemlərinin həlli istiqamətində iş apararaq ehtiyaclara uyğun xidmətlərə cəlb edirlər. Artıq insanlar tərəfindən mərkəzə kifayət qədər maraq var. Bu ay 35-dən çox müraciət olub”.

Əlaqəli xəbər

Back to top button