Diaspor

Dövlət Komitəsində Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib

Movavi

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun- Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib.

Dövlət Komitəsindən “QİA.az”a verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrdə yaşayan, hal-hazırda Azərbaycanda olan diaspor nümayəndələri, diaspor könüllüləri və Komitə əməkdaşları iştirak edib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Mərasimdə Azərbaycan Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Milli Qurtuluş günü münasibəti ilə iştirakçıları təbrik edib, Heydər Əliyev epoxasının çoxəsrlik dövlətçilik tariximizdə müstəsna və bənzərsiz yeri olduğunu, 15 iyun- Milli Qurtuluş gününün Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olduğunu bildirib. Komitə sədri əlavə edib ki, azərbaycançılıq məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində ideologiya kimi formalaşıb, milli birlik, milli maraqlar ən qiymətli mənəvi-ideoloji dəyərə çevrilib.

Tədbirdə 13 ölkədən 15 diaspor təmsilçisi iştirak edib və onların hər biri ayrı-ayrılıqda çıxış edib.

Diaspor nümayəndələri bildiriblər ki, son illər həyata keçirilən layihələr diaspor siyasətinin daha da təkmilləşməsinə, koordinasiyalı fəaliyyətin güclənməsinə gətirib çıxarıb.

Çıxış üçün söz alan ekspertlər Heydər Əliyevin ölçüyəgəlməz tarixi xidmətləri barədə danışıb, ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, görkəmli dövlət xadiminin sərt və çətin sınaqlarından keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan dahi lider olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasət Azərbaycana dost münasibəti bəsləyən ölkələrin və xalqların sayını artırıb, soydaşlarımızın daha mütəşəkkil fəalliyyətinə təkan verib.

Tədbir maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button