Energetika

Dünya bazarında neftin qiymət dinamikası dəyişir

Movavi

Dünya bazarlarında neftin qiyməti dəyişkən dinamika nümayiş etdirir.

QİA.AZ” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.35-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri dünənki kimi 1 barel üçün 74,53 ABŞ dolları səviyyəsində qalıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,14% artaraq, 1 bareli 73,47 ABŞ dolları təşkil edib.

İnvestorları neftin hasilatı ilə bağlı OPEC+ alyansının müqaviləsinin qeyri-müəyyən perspektivləri narahat edir. BƏƏ-nin prinsipial mövqeyi səbəbindən alyansın iyulun 1-i və 2-si keçirilmiş iki görüş nəticəsiz qalıb. İyulun 5-nə təyin edilmiş növbəti görüş isə təxirə salınıb. Görüşün yeni tarixi hələ açıqlanmır.

Analitiklər OPEC+ alyansının son nəticədə kompromis əldə edəcəyinə ümid edirlər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button