İdmanManşet

Dünya çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə başlayır

Movavi

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

“QİA.az”ın məlumatına görə, kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.

Şıxəlizadənin ilk rəqibi Lyütsian Dumitreski (Rumıniya) olacaq. Səfərov mübarizəyə İrlandiya təmsilçisi Natan Bernsə qarşı görüşlə start verəcək.

Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitska – Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button