Səhiyyə

Dünyada yenidən rekord sayda koronavirusa yoluxma qeydə alındı

728x90

Dünyada son bir gündə 535 928 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

“QİA.AZ“ın məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı 505 756 nəfər olub

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 45,4 milyondan çox olduğu vurğulanıb.

Son bir gündə dünyada koronavirusa yoluxan 7 246 pasiyent dünyasını dəyişib. Ümumilikdə infeksiya 1,1 milyondan çox şəxsin həyatına son qoyub.

728x90

Əlaqəli xəbər

Back to top button