Erməni TerroruQarabağ münaqişəsi

Erməni lobbisinin hər təhdidinin arxasında real terror hadisəsi dayanır

Movavi

Ermənilərin döyüş meydanında məğlubiyyətləri artdıqca özlərini dünyaya “məzlum” kimi tanıtmaq üçün taxdıqları maskaları da yırtılır. Artıq əsl sifətlərini – terrorçu xislətlərini açıq şəkildə ifadə etməyə başlayıblar.

Bu erməni xisləti isə bütün dünyaya məlumdur – onlar məğlub durumda mütləq terorra əl atırlar. Terror onlar üçün ideoloji-siyasi təzyiq vasitəsidir və hər addımda bundan istifadə edirlər.

Azərbaycanın dinc əhalisinə qarşı terrorlar törədən ermənilər, bu hadisələri qərəzsiz işıqlandıran və ümumilikdə Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirən, həqiqətləri dünyaya düzgün çatdıran xarici jurnalistləri erməni lobbisi vasitəsilə hədəfə alıblar.

İtaliyanın “La Republica” qəzetinin jurnalisti Peitro Del Re, TF1 telekanalının müxbiri Liseron Budul, həmçinin “Nyu York Times”ın jurnalistləri nifrət, təhqir və təhdid edilir.

Erməni lobbisinin sosial şəbəkələrdə açıq şəkildə yazdıqlarından məlum olur ki, onların hər birinin həyatı təhlükə qarşısındadır.

“QİA.AZ” qeyd edir ki, ermənilərin terrorla müşahidə olunan yaxın keçmişinə və sayı kifayət qədər çox olan terror təşkilatlarına nəzərə alsaq, bu təhdidlərin arxasında terrorun dayandığına əmin olmaq olar.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button