Siyasət

Erməni təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin tam bərpasına çəkilmiş xərclərə dair vahid məlumat bazası yaradılacaq

Movavi

Xarici İşlər Nazirliyi 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görəcək.

QİA.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Dövlət Komissiyası aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamda nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin edəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button