SiyasətManşet

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub, cavab atəşi açılıb

Movavi

İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button