Ermənistanda hərbi qulluqçu özünü güllələyib

Noy20,2021

Ermənistanda 29 yaşlı müqaviləli hərbi qulluqçu özünü güllələyib.

QİA.AZ-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Qevork Avetyan odlu silahla ehtiyatsız davranma zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin hərbçinin həyatını xilas edə bilməyiblər.

Oxşar Xəbərlər