Gündəm

Ermənistanda itkin düşmüş hərbçilərin qohumları aksiya keçiriblər

Qarabağda döyüş əməliyyatları zamanı itkin düşmüş hərbçilərin qohumları mərkəzi prospektlərdə aksiya keçiriblər.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanla görüşməyi tələb ediblər.

“Nikol Paşinyan bizi qəbul etməyənə qədər getməyəcəyik. Biz yalnız uşaqlarımızın taleyini öyrənmək üçün onunla görüşmək istəyirik”, – etirazçılardan biri deyib.

Xüsusi təyinatlı polis qüvvələri dəfələrlə prospekt boyu hərəkəti açmağa cəhd etsə də, itkin düşən əsgərlərin yaxınları onların tələblərini yerinə yetirməkdən imtina ediblər. Nəticədə tıxac yaranıb.

Qeyd edək ki, müharibə nəticəsində iki yüzdən çox erməni hərbçi itkin düşmüşdü.

Əlaqəli xəbər

Back to top button